“Qərb qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb olacaq”

  “Qərb qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb olacaq”
  22 May 2024    Oxunub:823
“Bəzi avropalı siyasətçilərin müzakirə etdiyi Qərb qoşunlarının Ukraynaya göndərilməsi yeni dünya müharibəsinə səbəb olacaq”.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib. “Bəzi avropalı siyasətçilər Ukraynaya əsgər göndərmək istəyir, digər avropalı siyasətçilər isə nüvə silahından istifadə ilə bağlı fantaziyalar qururlar. İstənilən halda bu, dünya müharibəsi demək olacaq və bunun əvəzini silahlı münaqişəyə yaxın olanlar ödəməli olacaqlar ”, - Macarıstan XİN başçısı deyib.

O qeyd edib ki, Macarıstan vətəndaşları Ukrayna münaqişəsi ilə bağlı səslənən təhlükəli bəyanatlardan artıq təngə gəliblər:

“Biz bütün Avropanı, hətta bütün dünyanı müharibəyə sürükləməkdən yorulmuşuq. Biz Ukraynaya ordu göndərilməsi və nüvə silahının tətbiqi barədə danışmaqdan yorulmuşuq”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti