ABŞ hələ Polşada nüvə silahı yerləşdirməyi düşünmür

   ABŞ hələ Polşada nüvə silahı yerləşdirməyi düşünmür
  23 May 2024    Oxunub:642
ABŞ NATO-nun “Nuclear Sharing” (Nüvə Paylaşımı - Qeyd) proqramının bir hissəsi olaraq Polşa ərazisində nüvə silahının yerləşdirilməsi üçün Varşava ilə danışıqlar aparmır.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “RMF24” radiostansiyasına açıqlamasında bildirib. Onun sözlərinə görə, Vaşinqtonun bu məsələ ilə bağlı siyasətində yenilik yoxdur.

“Biz bu barədə heç bir danııqlar aparmırıq. Hazırda ABŞ-ın bu məsələ ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur”.

Xatırladaq ki, Polşa prezidenti Anjey Duda “Fakt” qəzetinə müsahibəsində deyib ki, lazım gələrsə, Varşava NATO-nun nüvə başlıqlarını ölkə ərzsisində yerləşdirməyə hazırdır.

Onun sözlərinə görə, məsələ ABŞ-dan olan tərəfdaşlarla artıq dəfələrlə müzakirə edilib, lakin indiyədək nə Polşa hakimiyyəti, nə də onların NATO üzrə tərəfdaşları tərəfindən yekun qərar qəbul edilməyib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti