Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

   Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib -  FOTOLAR
  22 May 2024    Oxunub:1038
Azərbaycanda dövlət səfərində olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


AzVision.az


Teqlər: Azərbaycan   Tacikistan   Prezident  





Xəbər lenti