Bişkekdə MDB təhlükəsizlik orqanları rəhbərlərinin iclası keçiriləcək

 Bişkekdə MDB təhlükəsizlik orqanları rəhbərlərinin iclası keçiriləcək
  23 May 2024    Oxunub:818
Mayın 24-də Bişkekdə (Qırğızıstan Respublikası) MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 54-cü iclası keçiriləcək.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. İclasda əsas diqqət MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi üzrə ümumi yanaşmaların işlənib hazırlanması, terrorçuların zərərsizləşdirilməsi üçün kəşfiyyat xidmətləri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına yönəldiləcək.

MDB-yə üzv olan dövlətlərdə vəziyyətin sabitliyini pozmaq və konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin müəyyən edilməsi, onların fəaliyyətinin qarşısının alınması üçün birgə tədbirlər müəyyən ediləcək.

İclas iştirakçıları terrorizm və dini ekstremizmlə mübarizə sahəsində, o cümlədən Milli Antiterror Komitəsinin bazasında fəaliyyət göstərən Beynəlxalq Terrorla Mübarizə Məlumat Bankı çərçivəsində məlumat mübadiləsinin təkmilləşdirilməsi yollarını açıqlayacaqlar.

Tədbirdə MDB-nin Antiterror Mərkəzi 2023-2025-ci illər üçün terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizədə MDB-yə üzv dövlətlərin əməkdaşlıq proqramının 2023-cü ildə icrasının yekunlarına dair hesabat təqdim edəcək. Bundan əlavə, SORB işçi orqanlarının müxtəlif iş sahələri üzrə iclasları keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti