Gimnastımız Dünya Kubokunda finala yüksəlib

Gimnastımız Dünya Kubokunda finala yüksəlib
  23 May 2024    Oxunub:1199
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən "Challenge" seriyasına aid Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından AzVision.az -a verilən məlumata görə, o, dayaqlı tullanma proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb.

Bu gün başlayan Dünya Kubokuna mayın 26-da yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   gimnastika   Dünya-Kuboku  





Xəbər lenti