ƏDV üzrə daxilolmalar artıb

ƏDV üzrə daxilolmalar artıb
  23 May 2024    Oxunub:1325
2023-cü ildə Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 7 207,3 milyon manat proqnoza qarşı icra 8 127,7 milyon manat (920,4 milyon manat və yaxud 12,8 % çox), 2022-ci il müqayisədə isə 1 181,5 milyon manat və yaxud 17 % çox icra olunub.
Bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 95,4 %-i və yaxud 7 757,5 milyon manat qeyri-neft sektorunun, 4,6 %-i və yaxud 370,3 milyon manatı neft sektorunun payına düşüb.

ƏDV üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 3 147 milyon manat proqnoza qarşı 3 684,2 milyon manat (537,2 milyon manat və yaxud 17 % çox), gömrük orqanlarının payı isə 4 060,3 milyon manat proqnoza qarşı 4 443,6 milyon manat (383,3 milyon manat və yaxud 9,4 % çox) təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti