Ağdərədə 5 məktəb yaradılacaq

   Ağdərədə 5 məktəb yaradılacaq
  23 May 2024    Oxunub:548
Ağdərə rayonunda 5 məktəb yaradılacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda dəyişikliklər edilib.

Qərarda bildirilib ki, Ağdərə rayonunda aşağıdakı məktəblər yaradılacaq:

- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi

- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi

- Ağdərə rayonu Talış kənd tam orta məktəbi

- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi

- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.


Eyni zamanda, qərara əsasən, “Tərtər rayonu Talış kənd uşaq bağçası” sözləri “Ağdərə rayonu Talış kənd uşaq bağçası” ilə əvəz ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti