Bakının əsas küçələrindən biri bağlandı

Bakının əsas küçələrindən biri bağlandı
  23 May 2024    Oxunub:672
Bu gün səhər saatlarından etibarən Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Buna səbəb yolda aparılan təmir işləridir. Yolun mayın 29-u, saat 22:00-a qədər bağlı olacağı bildirilir.

Eyni zamanda təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar Dənizkənarı küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti