Hərbçilərimiz Türkiyədə kursda iştirak edirlər

Hərbçilərimiz Türkiyədə kursda iştirak edirlər
  22 May 2024    Oxunub:764
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasının İzmir şəhərində keçirilən kursda iştirak edir.
Müdafiə Nazirliyindən AzVision.az -a məlumat verilib ki, müasir mühəndis avadanlıqlarının xüsusiyyətlərini öyrənən istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların, partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, xüsusilə kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları, eləcə də digər fəaliyyətlər üzrə praktiki vərdişlərini artırırlar.

Kursun keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə   kurs  





Xəbər lenti