Azay Quliyev seçicilərini qəbul edib
Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını deyib.
Deputat görüşdə vurğulayıb ki, yalnız seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə kifayətlənmir, eyni zamanda onların icra vəziyyətini də diqqətdə saxlayır.
A. Quliyev indiyə qədər olduğu kimi bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə səsləndirəcəyini bildirib.
AzVision.az
Teqlər: Azay-Quliyev Deputat Seçici