“Azərbaycanlıların bu siyahıda olması yaxşı hal deyil” - Vahid Əhmədov
“ABŞ-ın hazırladığı siyahı həm şirkətlərə, həm də şəxslərə qarşı yönəlib. Həmçinin dövlət məmurlarına qarşı böyük sanksiyalar nəzərdə tutulur. Sanksiyalar həyata keçirilərsə, bunun Rusiya iqtisadiyyatına çox böyük təsiri olacaq. Sanksiyalar Rusiya ilə ticarət əlaqələri olan qonşu dövlətlərə də təsir edə bilər. Bizim də Rusiya ilə çox böyük ticarət əlaqələrimiz var. Bu səbəbdən idxal-ixrac əməliyyatlarında müəyyən problem yarana bilər”.
V.Əhmədov qeyd edib ki, tətbiq olunacaq sanksiyalar daha çox Rusiyanın siyasəti ilə bağlıdır: “Sanksiyalar Rusiyaya qarşı təzyiq kimi istifadə olunur. Hesab edirəm ki, bu, daha çox Ukrayna və Gürcüstanla əlaqədardır. Sanksiyalar Rusiya iqtisadiyyatıan ciddi ziyan vura bilər”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Vahid-Əhmədov ABŞ Rusiya Sanksiya