Əfv Komissiyası bu həftə yenidən toplanacaq

Əfv Komissiyası bu həftə yenidən toplanacaq
  31 Yanvar 2018    Oxunub:1485
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının cümə günü keçirilməsi gözlənilir.

Bu barədə AzVision.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, komissiyanın ötən gün keçirilən iclasında 100 müraciətə baxılıb. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Əfv   Komissiya   İclas  





Xəbər lenti