Ötən il Naxçıvana 413 mindən çox turist gəlib

Ötən il Naxçıvana 413 mindən çox turist gəlib
  31 Yanvar 2018    Oxunub:1355
Ötən il Naxçıvan Muxtar Respublikasında muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, bu dövrdə muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak edib, muzeylərə 1340 eksponat daxil olub.

Qeyd olunub ki, turizmin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb, təbliğat işi gücləndirilib. Həyata keçirilən tədbirlər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.

AzVision.az


Teqlər: Naxçıvan   Turist  





Xəbər lenti