Əfv Komissiyasının iclası keçirildi - 100 müraciətə baxıldı

Əfv Komissiyasının iclası keçirildi - 100 müraciətə baxıldı
  30 Yanvar 2018    Oxunub:3276
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda 100 müraciətə baxılıb.
Bildirilib ki, indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv   Komissiya   İclas  





Xəbər lenti