Pirallahıda su olmayacaq

Pirallahıda su olmayacaq
  30 Yanvar 2018    Oxunub:1301
Bu gün Bakının Pirallahı qəsəbəsində su olmayacaq.
"Azərsu" ASC-dən AzVision.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar tarixində gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu   Pirallahı  





Xəbər lenti