Naxçıvanın 4 gömrük əməkdaşı təltif edilib

Naxçıvanın 4 gömrük əməkdaşı təltif edilib
  30 Yanvar 2018    Oxunub:1697
Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin əməkdaşları da vardır.

Onlardan Məmmədov Asəf Səttar oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Əliyev Rafael Rza oğlu, Həbibbəyli Səhət İsa oğlu və Mahmudov Nicat Nazim oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

AzVision.az


Teqlər: Naxçıvan   Gömrük   Təltif  





Xəbər lenti