Cinayətdə şübhəli bilinən 19 nəfər tutulub

Cinayətdə şübhəli bilinən 19 nəfər tutulub
  30 Yanvar 2018    Oxunub:1175
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların 12-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti