“Vəkilliyin inkişafı ilə bağlı planlarımız var” - Anar Bağırov

“Vəkilliyin inkişafı ilə bağlı planlarımız var” - Anar Bağırov
  30 Yanvar 2018    Oxunub:2219
"Vəkillər Kollegiyası günün tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarına, o cümlədən aztəminatlı şəxslərə keyfiyyətli hüquqi yardım göstərmək üçün bütün lazımi tədbirləri görəcək".
AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı bir çox planlarımız var. Vəkillərin peşə hazırlıqlarının, regionlarda vəkillərin, vəkil qurumlarının sayının artırılması və maddi-texniki bazasının gücləndirilməsi, xidmətlərin elektronlaşdırılması, ödənişsiz hüquqi yardım barədə müəyyən boşluqların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”, - deyə Anar Bağırov vurğulayıb.

AzVision.az


Teqlər: Anar-Bağırov   Vəkillər-Kollegiyası   Vəkil  





Xəbər lenti