Azərbaycanlıların ən çox getdiyi ölkələr - Statistika

Azərbaycanlıların ən çox getdiyi ölkələr - Statistika
  29 Yanvar 2018    Oxunub:3164
“2017-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4,0 faiz azalaraq 4108,9 min nəfər olub”.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, 22,5 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,5 faizi isə digər ölkələrə səfər edib.

Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.

AzVision.az



Teqlər: DSK   Azərbaycan  





Xəbər lenti