Xalq artistləri `Günəşli` faciəsini andı

Xalq artistləri `Günəşli` faciəsini andı
  07 Dekabr 2015    Oxunub:2169
Xalq artistləri “Günəşli” platformasında baş verən qəzadan yazıb.
Tanınmışlar sosial şəbəkədə hadisə ilə bağlı foto paylaşaraq, itkin düşənlərin ailələrinə səbr diləyiblər:

Aygün Kazımova: “Allah ölənlərə rəhmət eləsin. Bir ildə iki böyük yanğın və böyük sayda itki... 19 may və 4 dekabr... Başın sağ olsun Azərbaycan”.

Mənsum İbrahimov: “Allah rəhmət eləsin”.

Mələkxanım Əyyubova: “Çox dəhşətli bir faciədir. Gözlənilmədən belə bir təbii fəlakətin baş verməsi hamını dərindən sarsıtdı. Mən də öz və ailəm adından dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Ailələrinə başsağlığı verirəm”.

Alim Qasımov: “Allah ölənlərə rəhmət eləsin. Amin. Allah vəfat edən neftçilərimizin ailələri və yaxınlarına səbr versin”.

Brilliant Dadaşova: “Xalqımızın başı sağ olsun”.

Nazpəri Dostəliyeva: “Aldığım xəbər məni çox üzdü. Həqiqətən çox dəhşətlidir. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Xalqıma isə səbr versin”.

Faiq Ağayev: “Allah rəhmət eləsin”.

Gülyaz və Gülyanaq Məmmədovalar: “Günəşli” yatağında baş vermiş qəzada dünyasını dəyişmiş qardaşlarımıza Allah rəhmət eləsin. Ailələrinə və yaxınlarına Allah səbr versin”.


Teqlər:





Xəbər lenti