“Rusiya iqtisadiyyatının real yükü ÜDM-in “heyrətləndirici” 10%-nə yaxınlaşır. Rusiya büdcəsi ilə bağlı problem hökumətin müharibə xərclərini ödəmək üçün kifayət qədər pul almamasıdır. Kreml 2023-cü ildə təxminən 34 milyard dollar olan kəsirlə işləməyə məcburdur. Sanksiyalara görə, Moskva beynəlxalq borclar hesabına maliyyə hesabatlarını tarazlaşdıra bilmir və yerli kreditorlara hədsiz faiz – 10 illik istiqrazlar üçün 16%-ə qədər, dərəcələri ödəməyə məcburdur. Bundan əlavə, hakimiyyət “qara gün” üçün ayrılmış Milli Rifah Fondunu boşaldır”, - Peter Doranın məqaləsində vurğulanır.
Müəllif qeyd edir ki, normal şəraitdə Rusiya Milli Rifah Fondunun iki məqsədi var - yaxşı vaxtlarda əlavə vergi gəlirlərini qoruyub-saxlamaq və vəziyyət pisləşəndə neftin ucuz qiymətlərindən sığortalanmaq. Amma son vaxtlar Kreml müharibə xərclərini ödəmək üçün fondu boşaldır. 2021-ci ildə onun likvidliyi 117 milyard dollar idisə, bu gün cəmi 55 milyard dollardır.
Peter Doranın iddiasına görə, mövcud vəziyyət Avropanın və ABŞ-nin Rusiyaya daha çox təzyiq göstərməsi üçün bir fürsətdir. Bunun ən sürətli yolu isə, Rusiya neftinin qiymətinin yuxarı həddini bir barrel üçün 30 dollara endirmək, Çin, Hindistan və Türkiyə, habelə Avropa və ABŞ-də qeyri-qanuni alıcılara qarşı sanksiyaları sərtləşdirməkdir.
Aİ Rusiyanı müharibə üçün necə maliyyələşdirir? - Statistika |
Ən elementar hesablamalara görə, Moskva enerji satışından hər ay təxminən 9 milyard dollar vergi gəliri əldə edir ki, bunun da təxminən 1 milyard dolları Aİ-nin payına düşür.
Sahil İsgəndərov
AzVision.az