AzVision.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan” dövlət teleradio şirkəti yayıb. Baş nazirin dron hücumlarından ehtiyat etdiyi bildirilib.
Netanyahu qapalı görüşlərdə bildirib ki, hazırkı vəziyyətdə tədbiri təxirə salmağı məqsədəuyğun hesab edir. Mənbənin məlumatına görə, Avnerin toyu noyabrın 26-da Təl-Əvivin şimalındakı "Havat Ronit" kompleksində keçiriləcək.
Bundan əvvəl Livanın Hizbullah hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Təl-Əvivdəki evinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Həmidə İbrahimova
AzVision.az