İrəvan: "Sülh sazişi imzalanarsa, COP29-a qoşula bilərik"

      İrəvan:    "Sülh sazişi imzalanarsa, COP29-a qoşula bilərik"
  30 Oktyabr 2024    Oxunub:542
"Son vaxtlar baş tutan təmaslar nəticəsində Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilib".
Bu sözləri Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan jurnalistlərə açıqlamasında dilə gətirib. O, Rusiyanın Kazan şəhərində, BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə şərh bildirərək vurğulayıb ki, "hazırda sülh sazişinin bütün bəndlərini razılaşdırmaq imkanı var".

"Bu cür görüşləri dialoq fürsəti kimi müsbət qiymətləndiririk. Sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişlər Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərarına müsbət təsir göstərə bilər", - aparat rəhbəri vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh-sazişi   COP29  





Xəbər lenti