İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”

   İlqar Muradov:    “Qarabağ yenidən parlamağa başlayır”
  31 Oktyabr 2024    Oxunub:425
“Qarabağlılar üçün bu çox böyük xoşbəxtlik və çox böyük şansdır ki, öz torpaqlarına qayıdıb orada yaşasın və xoşbəxt olsunlar. Qarabağ yenidən parlamağa başlayır”, - Xalq artisti İlqar Muradov bunu işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən belə deyir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti İlqar Muradovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.



AzVision.az


Teqlər:





Xəbər lenti