“Associated Press agentliyinin əldə etdiyi və təhlil etdiyi “Planet Labs PBC”dən ötürülən yüksək keyfiyyətli peyk şəkilləri Tehrandan təxminən 370 kilometr şimal-şərqdə, Semnandakı Şahrud Kosmik Mərkəzinə zərər dəydiyini göstərib”, - məlumatda deyilir.
Görüntülərdə Şahrud Kosmik Mərkəzinin əsas binasına, bir neçə qonşu binaya və anqara ziyan dəydiyi bildirilir. Ətrafda nəqliyyat vasitələri görmək olar. Onların zərəri qiymətləndirmək üçün mərkəzə gələn rəsmiləri daşıdığı ehtimal edilir. Eyni zamanda, Kosmik Mərkəzin əsas qapısında adi haldakından daha çox avtomobilin dayandığı vurğulanır.
- Bunun başqa bir hadisə olması ehtimalını 100% istisna edə bilmərik, lakin demək olar ki, bu bina İsrailin hücumu nəticəsində zədələnib”, - agentlik İran üzrə ekspert və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Hintsdən sitat gətirir.
Bundan əvvəl Qərb mediası amerikalı ekspertlərə istinadən İsrailin İrana hücum zamanı Tehran yaxınlığında yerləşən Parçin hərbi kompleksinə və Xocir ballistik raket zavoduna hücum etdiyini yazmışdı.
İranın “Fars” xəbər agentliyi də İsrailin Tehranın qərbində və cənub-qərbində bir sıra hərbi bazalara hücum etdiyini bildirib. Bununla belə, İranın “Tasnim” agentliyi Tehranın qərbində və cənub-qərbində yerləşən SEPAH hərbi mərkəzlərinə zərər dəymədiyini iddia edib.
İsrail: “İranın strateji müdafiə potensialı məhv edilib” |
Eyni zamanda, Amerikanın “Axios” portalı mənbələrə istinadən bildirib ki, İsrailin şənbə günü endirdiyi zərbə İranda ballistik raketlərin istehsalını iflic edib. Çünki hücum uzaq mənzilli ballistik raketlər üçün bərk raket yanacağı istehsal etmək üçün istifadə olunan qarışdırıcıları zədələyib.
Sahil İsgəndərov
AzVision.az