Metronun üç stansiyasında tibb məntəqələri yaradılacaq

   Metronun üç stansiyasında tibb məntəqələri yaradılacaq
  30 Oktyabr 2024    Oxunub:576
COP29 ərəfəsində "Koroğlu", "28 May", "Elmlər Akademiyası" metrostansiyalarında tibb məntəqələrinin təşkil olunacaq.
AzVision.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.

"Həmin məntəqələrdə 18 həkim, 18 orta tibbi işçisi olacaq. Bundan başqa təlim keçmiş ehtiyat briqadalarında 120 həkim, 120 orta tibbi işçisi olması nəzərdə tutulur. Həmçinin "MIDA" Yaşayış Kompleksində yeni tibb məntəqəsinin yaradılması planlaşdırılır", - deyə Araz Nəsirov əlavə edib.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti