Britaniyada "meymunçiçəyi" virusunun yeni variantı aşkarlandı

Britaniyada "meymunçiçəyi" virusunun yeni variantı aşkarlandı
  30 Oktyabr 2024    Oxunub:434
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştamının aşkarlandığını bildirib.

AzVision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, meymunçiçəyinin “Clade 1b” ştamı Böyük Britaniyada ilk dəfə aşkarlanıb.

Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştamından azı min nəfər ölüb.

“Clade 1b” ştamı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.

AzVision.az



Teqlər:





Xəbər lenti