İrəvan "soyqırımın" beynəlxalq səviyyədə tanınmasını prioritet saymır

   İrəvan "soyqırımın" beynəlxalq səviyyədə tanınmasını    prioritet saymır
  31 Oktyabr 2024    Oxunub:970
"Ermənistanla Türkiyə arasında dinamik və müsbət dialoq qurulub".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Ermənistan XİN: Bakıdakı konfransla bağlı qərar verilməyib
O, qeyd edib ki, dialoq iki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədin açılması, nəqliyyat və digər kommunikasiyaların açılması ilə bağlı aparılır.

Mirzoyan qondarma erməni soyqırımından da söz açıb. XİN rəhbəri "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil olmadığını söyləyib: "Bu, bizim üçün prioritet məsələ deyil".

Araratın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti