Kazanda turist vergisi tətbiq olunacaq
2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək verginin miqdarı 1% təşkil edəcək və tədricən artacaq. Bildirilib ki, minimum vergi, qanuna görə, bir gecə qalmaq üçün 100 rubl olacaq.
“Turizm vergisi haqqında” qərar layihəsi Kazan Şəhər Dumasının sessiyasının müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında Rusiya Federasiyası turist vergisini tətbiq edən qanun qəbul edib. Bundan əlavə 2025-ci ildən Rusiyanın Novosibirsk şəhərində də turist vergisi tətbiq ediləcək.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Kazan turistvergisi