AzVision.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb. Teekanalın verdiyi məlumata görə, təhlükəsizlik zabitinin adı gizli saxlanılır.
Məlumata görə, təyinatla bağlı qərar Şeyx Naim Qasım oktyabrın 29-da Hizbullahın yeni baş katibi vəzifəsinin icrasına başladıqdan sonra verilib. Xatırladaq ki, oktyabrın 11-də Beyrutdakı mənbələr xarici KİV-ə Səfanın İsrailin hücumundan sağ çıxdığını bildirmişdilər. Lakin Hizbullah rəsmisinin xəstəxanada ağır vəziyyətdə çatdırıldığı qeyd edilib. Son günlər onun taleyi ilə bağlı başqa məlumat verilmir. Səfa sentyabrın 27-də öldürülən Hizbullah rəhbəri Şeyx Həsən Nəsrullaha yaxınlığı ilə tanınırdı. O, Livan daxilində və xaricində mühüm vasitəçilik missiyaları da həyata keçirib.
Sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı daha çox təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirilir. Sentyabrın 27-də Beyrutda törədilən partlayışlardan biri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.
Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Tural Tağıyev
AzVision.az