İrəvan nizamsız mülki birləşmələri ərazi müdafiə qüvvələri ilə əvəzlədi

İrəvan nizamsız mülki birləşmələri ərazi müdafiə qüvvələri ilə əvəzlədi
  31 Oktyabr 2024    Oxunub:444
Ermənistan hökuməti bugün keçirilən iclasda “Müdafiə haqqında” qanuna dəyişikliklər paketini və bir sıra digər qanun layihələrini təsdiqləyib.
Dəyişikliyə əsasən, nizamsız mülki birləşmələr öz adlarını "xalq müqavimətçiləri"ndən ərazi müdafiə qüvvələrinə dəyişdirəcəklər.
Ümumilikdə isə ərazi müdafiə qüvvələrinin vəzifələri dəyişməz olaraq qalacaq. Bu, düşmən hücumlarının dəf edilməsində nizami orduya dəstək verməkdən ibarətdir. Onlar Silahlı Qüvvələrin bölmələri ilə birgə fərdi döyüş tapşırıqlarını yerinə yetirmək, düşmənin hərbi əməliyyatlarına qarşı mübarizədə iştirak etmək, xüsusi təyinatlı obyektlərin müdafiəsinə dəstək vermək öhdəlikləri də götürürlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti