Makronun reytinqi antirekord həddə endi
Məlumata görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.
Qeyd edək ki, bir müddət öncə, Emmanuel Makron Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.
AzVision.az
Teqlər: