Almaniya İranın ölkədəki bütün konsulluqlarını bağlayacaq

  Almaniya İranın ölkədəki bütün konsulluqlarını bağlayacaq
  31 Oktyabr 2024    Oxunub:1162
Almaniyanın xarici işlər naziri Annalena Berbok : "Almaniyanın İranla diplomatik əlaqələrinin səviyyəsi “aşağıdan da aşağıdır. Biz İranı dəfələrlə başa salmağa çalışdıq ki, alman vətəndaşın edamının nəticələri ağır olacaq."
AzVision.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Söhbət Frankfurt - Mayn , Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən gedir. İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.

Almaniya rəsmiləri bu qərarı terrorçuluqda təqsirləndirilən, İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxd barəsində çıxarılan hökmə reaksiya kimi izah ediblər.

Cümə axşamı Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın İrandakı səfiri Markus Potzel və İranın məsləhətləşmələr üzrə müvəqqəti işlər vəkilini geri çağırıb. Onlara kəskin etiraz edilib və əlavə tədbirlər görmək hüququ barədə xəbərdarlıq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti