İtkin düşən 6 neftçinin cəsədi tapıldı
* * *
“Günəşli” yatağında baş verən faciə zamanı itkin düşən neftçilərdən üçünün cəsədi tapılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki hesabında məlumat yayıb.
O, qeyd edib ki, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətləri dəqiqləşdirilir.
Rəsmi məlumata görə, yataqda baş verən hadisə zamanı 32 neftçi xilas olunub, bir nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışları hələ də davam edir.
AzVision.az