Bulvarda intihar etmək istədi

Bulvarda intihar etmək istədi
  08 Avqust 2015    Oxunub:2197
Bakı bulvarında bir nəfər özünə qəsd etmək istəyib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sağa, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:53-də başa çatıb.




Teqlər:  





Xəbər lenti