"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində poçt markaları buraxılıb - FOTO

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində poçt markaları buraxılıb -    FOTO
  24 May 2024    Oxunub:1119
Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2023-cü il dekabrın 25-də 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. "Azərpoçt" MMC bu fəaliyyətə töhfə vermək üçün bir sıra tədbir və layihə həyata keçirir.
"Azərpoçt"dan AzVision.az -a verilən məlumata görə, bu çərçivədə bir neçə nominalda "Yaşıl dünya naminə həmrəylik ili" mövzulu standart poçt markaları və markalı zərflərin dövriyyəyə buraxılıb.

Marka üzərində alternativ enerji və təkrar emal elementləri əks olunub, marka özü isə flora aləminin simvolu yaşılla hazırlanıb.

Poçtun istifadəsində olacaq bu markalar, eləcə də zərflər daxili və xarici göndərişlərin istifadəsi üçün nəzərdə tutulub.

İl ərzində bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər: Azərpoçt   marka   yaşıl-dünya  





Xəbər lenti