Güclü külək gözlənilir

   Güclü külək gözlənilir
  24 May 2024    Oxunub:903
Mayın 25-də Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Bərdə, Gədəbəy, Daşkəsən, Salyan və Neftçalada, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Babək rayonlarında sarı xəbərdarlıq edilib. Yəni küləyin sürəti 13.9-20.7 m/san-dək olacaq. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Həmçinin Qazax, ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy və Culfa rayonlarında narıncı xəbərdarlıq edilib. Bu rayonlarda küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün yüksək risk gözlənilir.

AzVision.az


Teqlər: hava   külək   xəbərdarlıq  





Xəbər lenti