"Oğullarımız bizi də zirvələrə qaldırıblar"

   "Oğullarımız bizi də zirvələrə qaldırıblar"
  24 May 2024    Oxunub:991
“Şəhid anası olmaqdan qürur duyuram, amma oğlum üçün də darıxıram”.
AzVision.az xəbər verir ki, bunu şəhid Cavid Həsənovun anası Mirvari Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təqdimatı keçirilən “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı zamanı deyib.

“Övladımızla nə qədər fəxr etsək də, onların həsrətini, intizarını çəkirik. Amma başımız dikdir. Oğullarımız özləri ilə bərabər, bizi də zirvələrə qaldırıblar”.

M.Həsənova sonda filmin ərsəyə gəlməsində dəstəyi olanlara minnətdarlığını bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti