Əhaliyə ödənişlər üzrə xərclər də artırılır

   Əhaliyə ödənişlər üzrə xərclər də artırılır
  24 May 2024    Oxunub:698
Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ artırılır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Fondun gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ 6 milyard 706 milyon 580 min manat məbləğində müəyyənləşdirilir. Qeyd edək ki, büdcədə bu rəqəm 6 milyard 681 milyon 580 min manat təşkil edirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti