Deputat: “Dəmir Yumruğun xidməti həlledicidir”!

   Deputat:    “Dəmir Yumruğun xidməti həlledicidir”!
  24 May 2024    Oxunub:764
Bu gün Milli Məclisin plenar iclasındakı çıxışında deputat Sahib Alıyev Azərbaycanın regional əməkdaşlığa töhfə verdiyini və bu işdə Prezidenti İlham Əliyev siyasətinin müstəsna rol oynadığını vuğulayıb.

AzVision.az xəbər verir ki, Ermənistanın 2020-ci ildə təslimçilik aktı imzalamasından cəmi bir həftə sonra Xudafərinə baş çəkən Azərbaycan Prezidentinin işğaldan azad edilən Arazboyu torpaqları qonşu İranla dostluq sərhəddi adlandırdığının yəqin ki, unudulmadığını bildirən millət vəkili, İtran-Azərbaycan münasibətlərindəki son hadisələrə diqqət yetirib.

“Mən Tehrandakı səfirliyimizə qarşı terror aktından sonra iki qonşu ölkənin rəhbərlərinin mayın 19-da sərhəddə, yəni sıfır nöqtəsində bir araya gələrək Xudafərin”lə “Qız Qalası” hidroqovşaqlarının açılışını etmələrini əlaqələrdə yeni mərhələyə start verildiyinin və dövlətimizin başçısının o zaman dediklərinin reallığa çevrilməsi yönündə mühüm addım atılmasının əlaməti kimi qiymətləndirirəm”, - millət vəkili Sahib Alıyev deyib.

Deputat burada ondan da mühüm və bizi sözün hər anlamında daha da yaxınlaşdıracaq məsələnin isə tərəflərin Şimal-Cənub Nəqliyyat Dəhlizini cənab İlham Əliyevin təbirincə desək, dünyanın ən önəmli nəqliyyat damarına çevirmək niyyətlərinin İrandan keçməklə Naxçıvana çəkilən yeni kommunikasiya xətlərinin də onun bir parçası olacağını vurğulayıb.

- Deməli, Azərbaycan Prezidenti plansız və istəyini reallşadırcağına əmin olmadan hər hansı addım atmır. Yəni hələ 2016-cı ildə İranla Araz üzərində hidroqovşaq və elektrik stansiyalarının tikintisi haqda hökümətlərarsı saziş imzlanarkən cənab İlham Əliyev işğal altındakı torpaqlarımızın azad ediləcəyinə tam əmin idi”, - Milli Məclisin üzvü qeyd edib.

Deputatın fikrincə, ötən həftə ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Lukaşenkonun açıqlamasından da görünür ki, hələ ikinci Qarabağ savaşından bir neçə il əvvəl cənab İlham Əliyev növbəti seçkini deyil, millətin gələcəyini düşünən əsl Dövlət Böyüyü olaraq nəinki torpaqlarımızın savaş yoluyla azad edilməsinin, eyni zamanda orada aparılacaq quruculuq işlərinin plan-proqramını hazırlayırmış. Nəticə göz önündədir, yəni cənab Lukaşenko Azərbaycan Prezidentini elə-belə bütün Qafqazın lideri adlandırmadı, bu, sadəcə reallığın təsbiti idi.

MDB üzvü olan digər bir ölkənin - Tacikistanın Prezidentinin Azərbaycana dövlət səfəri isə başqa bir reallığı göstərir.

“Fikrimcə, bu səfər ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verməklə yanaşı, rəsmi Bakının dünya güclərinin sıx əməkdaşlığa can atdıqları Mərkəzi Asiya Birliyi ilə bağlı planlarınına da təsirsiz ötüşməyəcək. O planın tam reallaşacağı günün uzaqda olmadığını isə ötən il BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA Sammitinin Bakıda keçirilməsi və onun ardınca Mərkəzi Asiyanın 4 ölkəsinin başçısının Azərbaycana səfərlərinin hamısının dövlət səfəri statusu daşımaları haradasa bunun təsdiqi deyilmi? Həm də onun təsdiqi deyilmi ki, KTMT-də Azərbaycanı dəstəkləyən dövlətlərin sayı heç də Ermənistanın baş nazirinin bildirdiyi kimi 2 yox, daha çoxdur”, - deputat bildirib.

Bununla yanaşı, Milli Məclisin üzvü Nikol Paşinyanın şəxsən xarizmasını qırdığı Qriqorian kilsəsinin əsrlərdir “böyük təsir agenti” rolu oynadığı haqda dediklərinə şərik olduğunu bildirərək, onu da əlavə edib ki, Ermənistanın ən böyük düşməni orada təqdim edildiyi kimi Azərbaycanla Türkiyə yox, hay kilsəsi və hay diasporudur və qonşu ölkədə bunu dərk edənlərin sayı getdikcə artmaqdadır.

- Bu məsələdə ən əsas məqam isə heç şübhəsiz, “Dəmir Yumruğun” həlledici rol oynamasıdır”, - Sahib Alıyev vurğulayıb.
AzVision.az


Teqlər: Alıyev  





Xəbər lenti