Qazaxın azad edilən kəndlərindən Ali Baş Komandana məruzə olunub

   Qazaxın azad edilən kəndlərindən Ali Baş Komandana məruzə olunub
  24 May 2024    Oxunub:1002
Bu gün Qazax rayonunun işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.
Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşündə imzalanmış Protokola əsasən, delimitasiya işləri aparılıb. Nəticədə 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti