Dövlət Xidməti gənclər üçün tədbir keçirib

Dövlət Xidməti gənclər üçün tədbir keçirib
  24 May 2024    Oxunub:652
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və “28 May-Müstəqillik Günü”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib.
Xidmətdən verilən xəbərə görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçıları Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Anar Mirzəyev, baş leytenant Qəzənfər Ağayev və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Füzuli İsmayılov ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti nəticəsində gənc nəslin inkişafı, bilik və bacarıqlarının təmin olunması üçün hər cür şəraitin yarandığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı qələbələrdə Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Həmçinin postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunmasının da vacib olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti