Dörd məktəbin rəhbər heyətinə şiddətli töhmət verilib
182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin,ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda, məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin, dərsdənkənar məşğələlərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.
AzVision.az
Teqlər: