“Qafqazlılara nifrət edirəm, hamınızı güllələyəcəm”
“Aprelin 13-də axşam Qaflan Aslanovun mənzilində qonaqlar toplaşıb, onun yeganə övladı olan qızının ad gününü qeyd ediblər. Gecə yarısına yaxın dördüncü mərtəbədən aşağı düşən polis polkovniki Andrey Qluxov Qaflanın mənzilinin qapısını döyüb. Qapını Qaflanın həyat yoldaşı açıb, Andrey isə aqressiv tonda, həmçinin insanın milli mənsubiyyətin təhqir edən ifadələr işlədərək səs salmamağı əmr edib.
Bildirək ki, Aslanovlar ailəsi İjevsk şəhəri, Puşkinski küçəsindəki yeni mənzilə bir ay əvvəl köçüblər. Beləliklə, Qaflan və qapını açan həyat yoldaşı Andrey Qluxovun təhqir və təhdidlərinə cavab olaraq üzr istəyiblər və qonaqların yarım saat sonra gedəcəklərini bildiriblər. Yarım saat sonra qonşu Andrey Qluxov aşağı mərtəbədə yaşayan Qaflan Asalnovun mənzilinə ikinci dəfə enib – ancaq bu dəfə onun əlində travmatik tapança olub. Qapını yenə də Qaflanın həyat yoldaşı açıb. O, isə tapançanın qundağı ilə onu vurub, daha sonra, o evdə olan hər kəsi təhdid edərək, qafqazlılara nifrət etdiyini və hamısını güllələməyə hazır olduğunu söyləyib.
Q.Aslanov və onun qohumu, həmin gücə Qaflanın qızının 9 yaşının tamam olması münasibəti ilə mənzilində keçirilən bayram naharında olan Ehtiram Əlibaba oğlu Qasımov əsəbiləşmiş polis polkovnikini sakitləşdirmək məqsədi ilə pilləkənlərə çıxıblar.
Ancaq o sakitləşmək bilmir və məqsədini həyata keçirib.
Andrey Qluxov tapançasından Qaflanova 7 güllə atıb. Altı güllə Aslanovun bədəninə dəyib, Qluxovun atdığı yeddinci güllə isə Qaflanın başına dəyib və aldığı güllədən yerindəcə dünyasını dəyişib. O, atdığı daha 2 güllə ilə Ehtiram Qasımovu yaralayıb, hazırda o xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, qətli törədən A.Qluxov azadlıqdadır və onu işdən qovmayıblar.Cinayəti qəsdən törətmiş qatilin məntiqinə görə, o, guya, “müdafiə məqsədilə” silahsız və heç bir günahı olmayan mərhumun bədəninə altı güllə və öldüyünə əmin olmaq üçün bir güllə də başına vurub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin (RF CM) 105-ci maddəsi ilə cinayət işi açılıb.