20 Yanvar faciəsinə həsr olunmuş konsert keçirilib

20 Yanvar faciəsinə həsr olunmuş konsert  keçirilib
  19 Yanvar 2020    Oxunub:3378
Yanvarın 18-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.
Azvision.az - ın məlumatına görə, anım tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edib.

Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə keçirilən konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış ediblər.

Konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən “Adagio” və “Final, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhə, Azər Rzayevin “Bakı 90” simfoniyası əsərləri səsləndirilib.

Azvision.az



Teqlər:





Xəbər lenti