Azad Rəhimov Strasburqda işgüzar səfərdədir
Bununla yanaşı, səfər çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də qatılıb.
Əsasən üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun çıxışından sonra nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Nazir respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb.
AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib və qlobal səviyyədə dopinq ilə effektiv mübarizə ilə bağlı düşüncələrini bölüşüb.
Azvision.az
Teqlər: AzadRəhimov