“Dünyada analoqu olmayan silahlarımız var” – Putin Qərbə meydan oxudu

“Dünyada analoqu olmayan silahlarımız var” – Putin Qərbə meydan oxudu
  01 Mart 2018    Oxunub:9704
"Qərb anlamalıdır ki, Rusiyanı saxlamaq mümkün olmadı".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

“Son 30 ildə biz elə dəyişikliklərə nail olmuşuq ki, digərlərinə bunun üçün yüzilliklər lazım idi. Cəsarətli olmaq, məsuliyyəti öz üzərinə götürmək və güclü olmaq lazımdır”, - deyə Putin vurğulayıb.

O, həmçinin əlavə edib ki, dünyada analoqu olmayan müasir Rusiya silahlarının olması barədə məlumatlar yalan deyil: “Yer planeti adlanan qayığı yelləməyi dayandırmağın vaxtı çatıb”.

Putin, həmçinin Rusiyanın artan gücünü sülhün zəmanəti adlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin   Qərb  





Xəbər lenti