İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunu vurdu - VİDEO

 İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunu vurdu    - VİDEO
  23 Sentyabr 2024    Oxunub:374
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı hədəflərə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) sözçüsü Daniel Haqari məlumat yayıb.

Onun sözlərinə görə, yalnız İsrail vətəndaşlarına qarşı hücumlar planlaşdıran "Hizbullah" hərəkatının mövqelərinə hücum edilib. Haqari qeyd edib ki, son 20 il ərzində təşkilat Livanın cənubundakı yaşayış binalarında raketlər və PUA-lar da daxil olmaqla xeyli silah ehtiyatı yerləşdirib. O, əməliyyatların davam etdiyi üçün evlərində silah gizlədilmiş sakinləri mənzilləri dərhal tərk etməyə çağırıb.

Livan hadisələri SEPAH-ı qorxuya salıb
Bununla bağlı xəbərdarlıq bütün sosial şəbəkələrdə ərəb dilində yayılıb.

Sentyabrın 22-nə keçən gecə İsrail ordusu Livanın İsrail ərazisinə 10 raket atdığını bəyan edib. "Hizbullah"ın yaydığı məlumata görə, hücumun hədəfi Ramat David aviabazası olub. İddia edilir ki, 100-dən çox raket də buraxılıb. Onların əksəriyyəti havada sıradan çıxarılıb və ya boş ərazilərə düşüb.
Bundan əvvəl İsrailin Beyrutun cənub rayonlarına endirdiyi hava zərbəsi nəticəsində 45 nəfər həlak olmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti