Azərbaycanda yeni texnika, silah-sursat istehsal olunur

   Azərbaycanda yeni texnika, silah-sursat istehsal olunur
  23 Sentyabr 2024    Oxunub:324
Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib və yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaq”, - söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir.

AzVision.az


Teqlər:





Xəbər lenti