Livan hadisələri SEPAH-ı qorxuya salıb

 Livan hadisələri SEPAH-ı qorxuya salıb
  23 Sentyabr 2024    Oxunub:965
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livandakı son hadisələr, cihazlarda silsilə partlayışların olmasından sonra öz qoşunlarına hər hansı rabitə vasitələrindən istifadə etməyə qadağa qoyub.
Bu barədə Reuters İranın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusu nəinki rabitə vasitələrinə, hətta bütün texniki avadanlıqlarında da genişmiqyaslı yoxlamalara başlayıb: "Rəhbərlik baş verənlərdən narahatdır və “Hizbullah”dan ekspertizanın nəticələrini, həmçinin partlamış cihazların bir neçə nümunəsini istəyib".

İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı 30-u ötüb
Mənbələrdən biri qeyd edib ki, SEPAH həmçinin İsraillə əlaqəli təşkilatlardan pul alan şəxsləri müəyyən etmək üçün orta və yüksək rütbəli zabitlər haqqında hərtərəfli araşdırmalara başlayıb.

“Bu araşdırmalara onların həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılması, həmçinin zabitlərin və ailələrinin səyahət tarixçəsi daxildir”, - mənbə qeyd edib.

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Sentyabrın 17 və 18-də isə Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub. Partlayışlar nəticəsində 30-a yaxın insan ölüb, bir neçə min isə yaralanıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   SEPAH   Livan  





Xəbər lenti